- EKONEWS
- 23 İyul 20:29
- 1 398
Leysan yağacaq - XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı xəbərdarlıq
İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.
Aznews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Leysan olacaq, şimşək çaxacaq
Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.
Aznews.az