- EKONEWS
- 26 İyul 14:26
- 1 487
Küləkli hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib

İyulun 27-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Bu barədə Aznews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Culfa, Ordubad, Daşkəsən, Goranboy, Ağstafa, Qazax, Gəncə, Şəmkir, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Şabran, Siyəzən, Qusar, Xaçmaz, Xızı, Ağdaş, Şirvan, Göyçay, Tovuz, Bərdə, Kəlbəcər, Cəbrayıl, Qobustanda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.