- EKONEWS
- 2 Avqust 2025 12:04
- 6 278
Bakıda 38 dərəcə isti var - FAKTİKİ HAVA
Avqustun 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Aznews.az-a verilən məlumata görə, avqustun 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti davam edib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 38, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.