- EKONEWS
- 14 Avqust 2025 18:42
- 1 641
Su mühafizə zonalarında qadağalar - HÜQUQİ RƏY
Su mühafizə zonaları və sahil mühafizə zolaqları Azərbaycan su obyektlərinin qorunması üçün xüsusi hüquqi rejim tətbiq olunan ərazilərdir. Bu zonalar yalnız suyun keyfiyyətini qorumaq üçün deyil, həm də sahilboyu ərazilərin ekoloji tarazlığını saxlamaq, torpaq, bitki və heyvan aləmini mühafizə etmək, ekoloji sabitliyi təmin etmək üçün yaradılıb.
Su mühafizə zonalarında qadağan olunan əsas fəaliyyətlər hansılardır?
Kənd təsərrüfatı və kimyəvi maddələrin istifadəsi:
-
Aviasiya vasitəsilə bitkilərin pestisidlərlə tozlandırılması və bitki ziyanvericilərinə, xəstəliklərinə qarşı kimyəvi mübarizə vasitələrinin tətbiqi;
-
Torpaqların gübrələnməsi üçün peyin axarlarından istifadə;
Heyvandarlıq, qəbiristanlıq və zibilxanalar:
-
Heyvandarlıq fermalarının, qəbiristanlıq və zibilxanaların zonada yerləşdirilməsi;
-
Gübrə və pestisid saxlamaq üçün anbarların, pestisid aparatlarının meydançalarının tikilməsi;
Sənaye və texniki fəaliyyət:
-
Neft məhsulları anbarlarının, mexaniki emalatxanaların, avtomobillərə və texnikalara texniki xidmət məntəqələrinin, çirkab suların yığılması üçün qurğuların tikilməsi;
-
Faydalı qazıntıların, boru və kabel xətləri, digər kommunikasiyaların icazəsiz çəkilməsi;
-
İctimai iaşə və digər xidmət obyektlərinin, tikinti və quraşdırma işlərinin aparılması;
Torpaq və bağçılıq fəaliyyəti:
-
Su mühafizə zonalarının eni 100 metrdən az və yamaclarının meyili 3 dərəcədən çox olduqda bağ və bostan sahələrinin salınması qadağandır.
Sahil mühafizə zolaqlarında əlavə qadağalar:
-
Torpaqların şumlanması və əkilməsi;
-
Meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması;
-
Gübrələrdən istifadə;
-
Mövsümi çadırcıq şəhərciklərinin salınması və xüsusi tikinti üçün torpaq sahələrinin ayrılması;
-
Avtomobil və traktorların hərəkəti (xüsusi təyinatlı nəqliyyat istisna olmaqla);
-
Azərbaycan Respublikasının Su Məcəlləsində nəzərdə tutulmamış digər fəaliyyət növləri.
İcazə verilən fəaliyyətlər:
Sahil mühafizə zolaqlarında qanunvericiliyə uyğun olaraq su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, eləcə də liman və hidrotexniki qurğuların yerləşdirilməsinə icazə verilir.

Məqalə “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Laçın rayonunda su təhlükəsizliyi” adlı sosial-ekoloji layihə çərivəsində hazırlanıb. Fikir və mülahizələr müəllifə aiddir, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.