- EKONEWS
- 16:28
- 1 491
Bakıda və rayonlarda külək güclənəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Aznews.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.