Avstriyanın “Red Bull” komandası “Formula 1”i tərk edə bilər. Avstriyanın “Red Bull” komandası “Formula 1”i tərk edə bilər.
  • Fanat
  • 26 Dekabr 2018 14:24
  •  1 814

“Red Bull” “Formula 1”i tərk edir?

Avstriyanın “Red Bull” komandası “Formula 1”i tərk edə bilər.

Bu barədə komandanın məsləhətçisi Helmut Marko “Motorsport-Total”a bildirib. Onun sözlərinə görə, buna səbəb “Formula 1”in gələcəyinin qeyri-müəyyən olmasıdır.

H.Marko mühərriklərə reklament tətbiq olunmayana qədər “Red Bull” və “Honda”nın 2020-ci ilə qədər nəzərdə tutulan mövcud müqaviləni yenilməyəcəklərini deyib. O, komandanın çıxışını WEC-də (Dünya Dözümlülük Çempionatı) davam etdirməsinin mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, “Red Bull” 2005-ci ildən “Formula 1”də çıxış edir. Komanda 2010-2013-cü illərdə ardıcıl 4 dəfə dünya çempionu olub.(report.az)

© AzNews.az