Xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir - FOTO

Astara dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilir.

Aznews.az xəbər verir ki, gün ərzində təxliyə olunanlar əsasən Çin, Yaponiya, Portuqaliya, Belçika, CAR, Türkiyə, İran, ABŞ, eləcə də digər ölkələrin vətəndaşlarıdır.

Təxliyə olunanlar əvvəlcədən müəyyən edilən sənəd və qaydaların tələblərinə uyğun şəkildə həyata keçirilir. Müvafiq qeydiyyatdan sonra təxliyə olunanlar onlar üçün ayrılan avtobuslarla Bakı şəhərinə yola salınırlar.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

image description image description image description image description