- Fanat
- 18:27
- 1 200
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"u məğlub edib
"Sabah" Misli Premyer Liqasında "Turan Tovuz"u səfərdə məğlub edib.
Aznews.az xəbər verir ki, XV turun oyunu Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində 31-ci dəqiqədə Coy Lens Mikels hesabı açıb. 68-ci dəqiqədə Velko Simiç fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Umarali Raxmonaliyev komandasının üçüncü qoluna imza atıb.
Tovuz klubunun heyətində Filip Ozobiç 82-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" hələlik birinci pillədə qərarlaşıb. "Turan Tovuz" 24 xalla beşinci sıradadır.
Günün ilk görüşündə "Zirə" səfərdə "Şamaxı"ya uduzub - 1:2.
Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.
Aznews.az