Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - VİDEO

9 dekabr 2025-ci il tarixində Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, axtarışları davam etdirilir.

Aznews.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dənizdə müxtəlif istiqamətlər üzrə axtarış tədbirləri həyata keçirilir.

AzNews.az