- Dünyanın halı
- 16:19
- 2 871
İranın bacarmadığını Küveyt etdi: ABŞ qırıcısına "dost atəşi"
ABŞ ordusu Kuveytdə üç döyüş təyyarəsinin “dost atəşi” nəticəsində vurulduğunu təsdiqləyib.
ABŞ Mərkəzi Komandanlığının - ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) – açıqlamasında bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd F-15E Strike Eagle tipli döyüş təyyarəsi Kuveyt ərazisində səhvən hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə alınıb.
Rəsmi açıqlamaya görə, insident nəticəsində hər üç təyyarə qəzaya uğrayıb. Təyyarələrin ekipaj üzvləri vaxtında katapult edərək xilas olublar. Onların vəziyyətinin stabil olduğu və tibbi nəzarətdə saxlanıldığı bildirilib.
Hadisənin “dost atəşi” nəticəsində baş verdiyi vurğulanıb və məsələ ilə bağlı araşdırmaya başlanıldığı qeyd olunub. Kuveyt tərəfi də insidentin araşdırıldığını açıqlayıb.
Qeyd edək ki, hadisə regionda artan hərbi gərginlik fonunda baş verib və təhlükəsizlik mexanizmlərinin koordinasiyası məsələsini yenidən gündəmə gətirib.
AzNews.az