Tramp: İranın ali lideri postuna bütün namizədlər aviazərbələr nəticəsində öldürülüb

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran növbəti ali liderin seçimində problemlərlə üzləşə bilər.

Bu barədə Aznews.az "ABC News"a istinadən xəbər verir.

Trampın sözlərinə görə, ABŞ-nin zərbələri o qədər uğurlu olub ki, namizədlərin əksəriyyəti məhv edilib.

"Hücum o qədər uğurlu olub ki, biz namizədlərin əksəriyyətini aradan götürdük. Bu, bizim düşündüyümüz şəxslərdən heç biri olmayacaq, çünki onların hamısı ölüb", - ABŞ lideri telekanala şərhində bəyan edib.