O, bu xəbərdən təəccübləndiyini vurğulayıb. O, bu xəbərdən təəccübləndiyini vurğulayıb.
  • Fanat
  • 23 May 2019 21:21
  •  1 809

"Mançester Siti" Xosep Qvardiolanın "Yuventus"a keçəcəyi ilə bağlı iddialara münasibət bildirdi

O, bu xəbərdən təəccübləndiyini vurğulayıb.

İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiolanın İtaliya "Yuventus"una keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Klubun İdarə Heyətinin üzvü Alberto Qalassi məlumatı təkzib edib.

O, bu xəbərdən təəccübləndiyini vurğulayıb: "Qvardiola bizim baş məşqçimizdir və komandada qalmaq istəyir. Yazılanlar yalandır".

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"yə rəhbərlik edir. 48 yaşlı mütəxəssis 3 il ərzində komanda ilə 6 kubok qazanıb. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədər mövcuddur. (report)

AzNews.az