İstanbul təmsilçisi oyunçuya hissə-hissə olmaqla 2,25 milyon avro təzminat ödəyəcək İstanbul təmsilçisi oyunçuya hissə-hissə olmaqla 2,25 milyon avro təzminat ödəyəcək
  • Fanat
  • 21 Avqust 2019 13:30
  •  2 333

“Beşiktaş” Ermənistan millisinin futbolçusu ilə müqaviləni ləğv etdi

İstanbul təmsilçisi oyunçuya hissə-hissə olmaqla 2,25 milyon avro təzminat ödəyəcək

Türkiyənin "Beşiktaş" klubu Ermənistan millisinin futbolçusu Aras Özbilizlə yollarını ayırıb.

"Hurriyet" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

İstanbul təmsilçisi oyunçuya hissə-hissə olmaqla 2,25 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Beşiktaş" Özbilizi 2016-cı ildə Rusiya "Spartak"ından 1,3 milyon avroya transfer edib. Klub futbolçunu 3 il ərzində İspaniya "Rayo Valyekano"suna, Moldova "Şerif"inə və Hollandiyanın "Villem II" kollektivinə icarəyə verib. Özbiliz "ağ-qaralar"ın heyətində 6 matçda meydana çıxa bilib.(report.az)

AzNews.az