- Fanat
- 13 Oktyabr 2019 21:52
- 3 505
Azərbaycan yığması AVRO-2020-yə vəsiqə şansını itirdi YENİLƏNİB-2
Görüş "Groupama Arena"da keçirilir
Azərbaycan yığması Macarıstana uduzaraq, AVRO-2020-yə vəsiqə şanslarını itirib. Matç Macarıstan yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb - Macarıstan - Azərbaycan 1:0. 20:46Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçında hesab açılıb.
Qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri erkən qol vurublar.
Macarıstan millisinin heyətində Mihay Korhut fərqlənib: Macarıstan - Azərbaycan 1:0
20:09
Macarıstan və Azərbaycanın futbol üzrə milli komandalaı arasında AVRO-2020-nin seçmə qrup matçı start götürüb.
"Report"un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş "Groupama Arena"da keçirilir. Oyunu UEFA-nın cəzası üzündən 14 yaşadək macarıstanlı uşaqlarla yanaşı, 200-dək azərbaycanlı azarkeş də izləyir.
Matç Bakı vaxtı ilə saat 20:00-da başlanıb. (Report)