Qurum yarımfinal və finalın “Dördlər finalı” formatında Almaniyada keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib Qurum yarımfinal və finalın “Dördlər finalı” formatında Almaniyada keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib
  • Fanat
  • 30 May 2020 00:16
  •  3 914

UEFA Çempionlar Liqası ilə bağlı qərarın veriləcəyi tarixi açıqlandı

Qurum yarımfinal və finalın “Dördlər finalı” formatında Almaniyada keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib

UEFA Çempionlar Liqasının həlledici oyunları ilə bağlı qərar verməyib.

AzNews.az-ın məlumatına görə, qurum yarımfinal və finalın “Dördlər finalı” formatında Almaniyada keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib.

Təşkilat İstanbulda keçirilməli olan finalın yerinin dəyişdirilməsi və həlledici qarşılaşmaların formatı ilə bağlı yekun qərar verilmədiyini açıqlayıb: “Biz yarışların tarix və formatı ilə bağlı bütün variantları nəzərdən keçiririk. Bunu klublar, liqalar və milli assosiasiyaların nümayəndələrinin yer aldığı İşçi Qrup gerçəkləşdirir. Hazırda heç bir qərar verilməyib. Qərar iyunun 17-də veriləcək”.

Qeyd edək ki, Çempionlar Liqası koronavirus pandemiyasına görə martda dayandırılıb.