Avropa Liqasında Avropa Liqasında
  • Fanat
  • 7 Avqust 2020 10:00
  •  5 707

1/4 finalçılar məlum oldu

Avropa Liqasında

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində son iki oyun keçirilib.

AzNews.az-ın məlumatına görə, İngiltərənin "Vulverhempton" klubu Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşıb. Oyun İngiltərə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 9-cu dəqiqədə meksikalı Raul Himenes vurub.

Digər qarşılaşmada İsveçrənin "Bazel" klubu Almaniyanın "Ayntraxt" klubu üzərində 1:0 qələbə qazanıb. Oyunda yeganə qolu 88-ci dəqiqədə Fabian Fray vurub.

Beləliklə, "Vulverhempton" və "Bazel" UEFA Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıblar.