• Fanat
  • 7 May 12:15
  •  2 780

Taekvondoçularımız lisenziya yarışına qatılır

İlk yarış günündə Azərbaycanın iki təmsilçisi dayanq üzərinə çıxacaq

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa Təsnifat Turnirinə start veriləcək.

AzNews.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki təmsilçisi dayanq üzərinə çıxacaq.

Həm 49 kq çəki dərəcəsində yer alan Patimat Abakarovanın, həm də 67 kq çəkidəki Fəridə Əzizovanın ilk rəqibləri rumıniyalılar olacaq.

Abakarova Liana Mustyata, Əzizova isə Andrea Mokanu ilə qarşılaşacaq.

Kişi taekvondoçu Radik İsayev (+80 kq) lisenziya uğrunda mübarizəyə mayın 8-də qatılacaq.

Qeyd edək ki, daha əvvəl Milad Beigi Hərçəqani (80 kq) olimpiadaya vəsiqəni təmin edib.