• Flash
  • 17 İyun 15:57
  •  2 739

“Rusiyanın “Zəngəzur dəhlizi” layihəsini gecikdirəcəyini düşünmürəm”

Bu barədə “Hürriyet” nəşri məlumat yayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda jurnalistlərə verdiyi açıqlamada Zəngəzur dəhlizi məsələsinə toxunub.

Bu barədə “Hürriyet” nəşri məlumat yayıb.

Türkiyə prezidenti qeyd edib ki, Rusiyanın “Zəngəzur dəhlizi” layihəsini gecikdirmək niyyətində olduğunu düşünmür.

“Əksinə, Rusiya bu layihəyə dəstək vermək niyyətindədir. Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşümüz də olacaq. Bu platformada Rusiya, Türkiyə, Azərbaycan və İranın adı var. İstərdik ki, Gürcüstan və Ermənistan da bu platformada yer alsın” - deyə R.T.Ərdoğan vurğulayıb.