- Flash
- 7 İyul 2021 14:51
- 34 052
Haiti prezidenti öldürülüb

Haiti Prezidenti Jovenel Moiz şəxsi iqamətgahında güllənərək öldürülüb
Bunu ölkənin baş naziri vəzifələrini icra edən Klod Jozef deyib.
Onun sözlərinə görə, prezidentin iqamətgahı yerli vaxtla gecə saat 01:00-də naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Hücum zamanı ölkənin birinci xanımı Martine Moiz də yaralanıb. O, hazırda xəstəxanadadır. (report)