“Putinin nüvə bombasından daha güclü silahı var” – İngilis mediası (Fotolar)

İngilis mediası Rusiya prezidenti Vladimir Putinin nüvə silahından daha güclü silaha malik olduğunu iddia edib.

AzNews.az xəbər verir ki, “Daily Star” qəzetinin məlumatına görə, radioelektronik silah orduları təsirsiz hala salmaq gücünə malikdir.

Yeni silah “Elabuga” adlanır. Bu silah 7 kilometr məsafədə yerləşən bütün raket başlıqları və təyyarələrin idarəetmə sistemlərini söndürməyə qadirdir. Silah, eyni zamanda, tankların da idarəetmə sistemlərini sıradan çıxarır və tankların daxilində olan mərmilərin partlada bilir. İddialar görə, hətta, yerin altında - 100 metr dərinlikdə gizlənən əsgərlər belə bu silahdan sağ qurtula bilməzlər.

Bundan başqa, məqalədə “Listva” tipli mina təmizləmə qurğuları da diqqət çəkir. Bu qurğular, mina və digər partlayıcıları yüksək tezlikli radiasiyanın köməkliyi ilə zərərsizləşdirir.

Bəxtiyar Abbasov

AzNews.az