458 uşaq xilas edildi- Meksikada

Meksikada uşaqları dilənçiliyə məcbur edən cinayətkar şəbəkə ifşa olunub.

APA-nın "Russia Today"a istinadən verdiyi məlumata görə, ölkə polisi Zamora şəhərində yerləşən "La Gran Familia" ("Böyük Ailə") uşaq evində əməliyyat keçirib və 458 nəfər azyaşlını xilas edib.

Meksikanın baş prokuroru jurnalistlərə açıqlamasında bildirib ki, bu uşaqlar dilənçiliyə məcbur ediliblər, habelə cinsi istismara məruz qalıblar.

AzNews.az