Bu məzarlar və qəbirstanlıqlar görənləri heyrətləndirməyə bilmir. Dünyanın ən qəribə və inanılmaz qəbirstanlıqları haqqında məlumatı Analitik.az təqdim edir: Bu məzarlar və qəbirstanlıqlar görənləri heyrətləndirməyə bilmir. Dünyanın ən qəribə və inanılmaz qəbirstanlıqları haqqında məlumatı Analitik.az təqdim edir:

Bu qəbirstanlıqda ölüləri asırlar – Fotolar

Bu məzarlar və qəbirstanlıqlar görənləri heyrətləndirməyə bilmir. Dünyanın ən qəribə və inanılmaz qəbirstanlıqları haqqında məlumatı Analitik.az təqdim edir:



Kabus qəbirstanlıqlar sırasında birinci yerdə Mayaminin okean sularının altında yerləşən məzarlıq gəlir. Mayamidə olan Sualtı qəbiristanlıq əfsanələrə görə itən Atlantis şəhərinə bənzədilir. Suyun 15 metr dərinliyində yerləşən qəbiristanlıqda ölən şəxslərin adları mis bir bürüncə yazılaraq məzar daşlarına yerləşdirilir.


Sualtı qəbirstanlıq

Siyahının ikincisi Filippində olan qəbirstanlıqdır. Filippinin Luzon bölgəsində yaşayan qəbilələrdən biri əsrlərdir ölülərinin tabutlarını cəsədlə birlikdə torpağa basdırmır, çox qəribə olsa da, qayalıqlardan asır.


Filippindəki qəbirstanlıq

Qahirənin mərkəzində yerləşən bu yerdə əsrlərdir ki, aralarında bir çox Misir kralının da olduğu ölülər daxmalara, yaxud bağçalara basdırılır. Buranı digər qəbiristanlıqlardan ayıran ən böyük xüsusiyyət isə məzarların olmasına baxmayaraq, əhalinin də həmin evlərdə cəsədlərlə birlikdə yaşamağa davam etməsidir.


Misirdəki daxma qəbirstanlığı

Yaponiyadakı Qoya Dağında yerləşən Okunuoin qəbiristanlığının adı YUNESKO-nun dünya irs siyahısındadır. Bu qəbiristanlığın əsası 9-cu əsrdə qoyulub. Qəbiristanlıqda irili-xırdalı müxtəlif ölçülərdə 200 min ədəd daşdan düzəldilmiş buddist abidə yerləşir. Qəbiristanlıqdakı bəzi daşların min yaşlarının olduğu bildirilir.


Yaponiyadakı Okunuoin qəbiristanlığı

Siyahıda beşinci yerdə Rumıniyada yerləşən xoşbəxt insanların qəbiristanlığı durur. Bu qəbiristanlıqda yerləşən məzar daşları sevgi və hörmət mənası daşıyır. Məzarlıqda əsasən taxta üzərində işlənən rəsmlərdə ölənlərin gündəlik həyatı təsvir edilir. Şəkillərdə adətən mavi, qırmızı, sarı və yaşıl rənglərdən istifadə edilir. Şəkillərin altında isə ölən adam ilə bağlı məlumatlar verilir.


Rumıniyadakı xoşbəxt insanların qəbirstanlığı

Altıncı sırada İtaliyanın Milan şəhərindəki abidə qəbiri yer alır. Milanda ən çox turist çəkən ikinci yer olan bu qəbirstanlıq, böyük bir girişi və ağ heykəlləri ilə ziyarətçiləri qarşılayır. İçində gəzənlərin özlərini sanki açıq hava incəsənət muzeyində hiss etməsinə səbəb olan qəbiristanlıqda İtaliyanın ən tanınmış artist və memarlarının əsərləri yer alır.


İtaliyadakı abidə qəbirstanlığı

Gürcüstanda yerləşən Bonaventure qəbiristanlığı "Yaxşı və pisin parkında gecə yarısı" kitabının üz qabığında şəklinin yer alması və məşhur aktyor, rejissor Clint Eastwoodun həmin ssenari əsasında film çəkməsindən sonra məşhurlaşıb. Təbiətşünas alim Con Muirin də bir neçə gecə bu qəbiristanlıqda yataraq, kitabının bir hissəsini burada yazıb. Qəbiristanlıqda olan 250 illik üzəri yosun örtülü ağaclar da bura maraqlı görüntü verir.


Gürcüstan Bonaventure qəbiristanlığı

Siyahıda səkkizinci sırada Parisdə yerləşən Pera Lachaise Qəbiristanlığı yer alır. Bura yer üzündə kabusları görmək istəyənlər üçün bəlkə də yeganə yerdir. Çünki müasir tarixin bir çox mütəfəkkiri, musiqiçi, rəssam, yazıçı və filosofu bu məzarlarda yatır. Moliere, Cim Morrison, Edith Piaf, Oskar Wilde, və Marcel Prust kimi adamların uyuduğu qəbiristanlıqda 70 minə yaxın məzar var.


Parisdəki Pera Lachaise qəbiristanlığı

Siyahının doqquzuncu sırasında Londonda yerləşən Highgate qəbiristanlığı yer alır. Qotik üslubla tikilmiş bu qəbiristanlıq ürküdücü heykəllər, tünd rənglərlə bəzədilmiş qəbiristanlıqlar, sarmaşıqlar və palıd ağaclarından ibarətdir. Məşhur mütəfəkkir Karl Marksın məzarı da burada yerləşir.


Londonun Highgate qəbiristanlığı

Kopanhagendə olan məzarlıq, yüzlərlə qovaq ağaclarının sıralandığı uzun bir yol ilə ziyarətçilərini qarşılayır. Buranın ən böyük xüsusiyyətlərindən biri insanların bu qəbiristanlığı gündəlik həyatlarında da istifadə etməsidir. Bir çox danimarkalılar qəbirstanlıq parkda istirahət edir, velosiped sürür və uşaqlarıyla birlikdə gəzirlər.


Kopanhagendəki qəbirstanlıq parkı