Qeyri-adiliyi sevən insanlar həyat yoldaşı olaraq insanları deyil, heyvanları və ya çox sevdiyi əşyaları seçir. Qeyri-adiliyi sevən insanlar həyat yoldaşı olaraq insanları deyil, heyvanları və ya çox sevdiyi əşyaları seçir.

Ölən sevgilisiylə evləndi - FOTOLAR

Qeyri-adiliyi sevən insanlar həyat yoldaşı olaraq insanları deyil, heyvanları və ya çox sevdiyi əşyaları seçir.



AzNews.az qeyri-adi evliliklərdən bəzilərini sizə təqdim edir:

Ölən sevgilisiylə evləndi

Çadil Deffi 10 ildir ki, birlikdə olduğu sevgilisinin evlənmək istəyini gərgin iş rejimi səbəbiylə təxirə salıb, ancaq sevgilisinin avtomobil qəzasında həyatını itirməsi onu qeyri-adi bir yola əl atmağa vadar edib. Çadil qızın ailəsinin icazəsiylə nigah mərasimi təşkil edib və ölən qızın barmağına üzük taxıb.



Delfinlə ailə həyatı qurdu

Şaron Tendler İsraildə bir zooparkda gördüyü Sindi adlı delfinə aşiq olub və hər gün onu görmək üçün həmin zooparka gedib. 14 il sonra Sindiyə evlilik təklif edən Şaron evləndikdən sonra Sindinin cinsiyyətinin dişi olduğunu öyrənib.



Bir yastığa baş qoymaq üçün yastıqla evləndi

2008-ci ildə Li Jin Qyu yastığıyla evlənmək qərarına gəlib və sadə bir nikah mərasimi ilə onunla evlənib.




Xəstə pişiyi ilə ailə qurdu



Uve Mitzçerliç 15 yaşlı pişiyini veterinara aparıb və onun çox xəstə olduğunu oyrənib. Hədsiz dərəcədə kök olan pişiyi ilə evlilik qərarı alan Uve böyük nigah mərasimi təşkil edib və pişiyi ilə evlənib.

Kaliforniyalı gənc oğlan "Ford" yük maşınına evlilik təklifi etdi



Kaliforniyalı Maria Qriffin illər boyu aşiq olduğu "Ford" markalı yük maşını ilə evlənib. Maria özünü maşınlara daha yaxın hiss etdiyini deyib və əlavə edib ki, maşınlarla onun arasında heç kimin anlaya bilməyəcəyi bir bağlılıq var.



Qonşusunun keçisinə gözü düşdü və onunla evləndi

2006-cı ildə Çarls Tombe adlı gənc qonşularının keçisinə aşiq olub. Bunu öyrənən qonşu şikayət edəcəyini deyib və qarşılığında Çarlsdan pul istəyib. Gənc oğlan keçinin pulunu sahibinə ödədikdən sonra böyük nigah mərasimi təşkil edib və heyvanla evlənib. Keçi isə toyda istifadə edilən plastik qabı yeyib və elə mərasimdə də ölüb.




Nərmin Məmmədli
AzNews.az