- Köhnə - Günün fotosu
- 7 Noyabr 2014 10:16
- 8 544
Xanım jurnalistlər Bakıda “Traktor”a dəstək verdi - FOTOLAR
Dünən Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Avropa Liqası çərçivəsində keçirilən “Qarabağ” – “Dnepr” oyununda maraqlı olay yaşanıb.
Azərbaycanlı xanım jurnalistlər İran futbol çempionatında çıxış edən "Traktorsazi"nin forması ilə matça baxmağa gəliblər və bütün oyun zamanı bu kluba aid olan bayraqları göyə qaldırıblar.
AzNews.az-ın əməkdaşı ilə söhbət edən xanım jurnalistlər bununla Cənubi Azərbaycan təmsilçisinə dəstək verdiklərini vurğulayıblar.
Qeyd edək ki, "Qarabağ" futbol klubu rəhbərliyi ötən oyunda olduğu kimi bu matçda da xanım jurnalistlər üçün media tribunasında xüsusi sektor ayırıb.
Dünən baş tutan oyunda "Qarabağ" Ukraynanın "Dnepr" klubuna 1-2 hesabı ilə məğlub olub.


Xəyal Əzizov
AzNews.az