Ermənistanın dağıtdığı məscid təmir olunacaq - Dövlət Komitəsi

"Ermənilər işğal altında olan Azərbaycan torpaqlarındakı məscidlərdən hər zaman başqa məqsədlərlə istifadə edib, hətta mal-qara saxlayıb".


Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, bu hal Ermənistanın təcavüzkarlığını, erməni xislətini bir daha açıq-aydın göstərir: "Sonuncu hadisələr zamanı məscidin bombalanması bir daha onu göstərdi ki, Ermənistanın əslində təcavüzü yalnız Azərbaycan dövlətinə qarşı deyil, eyni zamanda Azərbaycanın mənəvi dəyərlərinə, ibadət evlərinə qarşı da yönəlib".

G.İsmayılov ermənilərin dağıtdığı məscidin təmiri məsələsinə də toxunub və bu istiqamətdə işlərə başlandığını bildirib: "Erməni işğaşlçılarının təcavüzünün qurbanı olmuş, eyni zamanda sonuncu hadislər zamanı dağıdılan bütün ibadət evlərimiz qısa müddətdə bərpa olunacaq və yenidən istifadəyə veriləcək".

Report.az