Xəbər verdiyimiz kimi, Lənkəranın keçmiş rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğlu Anar Hüseynov dünən faciəvi şəkildə həlak olub. Xəbər verdiyimiz kimi, Lənkəranın keçmiş rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğlu Anar Hüseynov dünən faciəvi şəkildə həlak olub.

Polkovnikin oğlunun öldüyü qəzadan - Dəhşətli görüntülər

Xəbər verdiyimiz kimi, Lənkəranın keçmiş rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğlu Anar Hüseynov dünən faciəvi şəkildə həlak olub.


AzNews.az xəbər verir ki, Region TV ölümə səbəb olan İmişli-Kürdəmir avtomobil yolunun Allahmədətli kəndi ərazisində qeydə alınan yol qəzası ilə bağlı görüntülər əldə edib.

1983-cü il təvəllüdlü Anar Hüseynov təxminən saat 19 radələrində idarə etdiyi "Range Rover" markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Avtomobil hərəkət zolağından kənara çıxaraq aşıb. Ağır bədən xəsarəti alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, polis polkovniki Möhübbət Hüseynov iyunda yaşı ilə əlaqədar olaraq təqaüdə göndərilib.