Paytaxtda yataqxana binasında yanğın olub. Paytaxtda yataqxana binasında yanğın olub.

Yataqxana binasında yanğın - Sakinlər təxliyə olundu

Paytaxtda yataqxana binasında yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ayrı-ayrı vətəndaşların məskunlaşdığı ümumi sahəsi 23 kv.m olan otağın və eyvanın yanar konstruksiyaları, ümumi sahəsi 23 kv.m olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 kv.m sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin və ümumi mətbəxin lambirdən ibarət tavanı 20 kv.m sahədə əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə olunub. Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.

AzNews.az