Ağstafa rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Ağstafa rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Ər arvadını buna görə öldürüb - Polis onların evini nəzarətə götürüb

Ağstafa rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Qırılı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Arzu Namazovun həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı qətlə yetirməsinə səbəb ailə münaqişəsi olub:

“Arzu Namazov Bakıda işləyirdi. Yəni, tez-tez gedib-gəlirdi. Ailənin 3 azyaşlı övladı var. Səhhətlərində də heç bir problem olmayıb. Xəyalə Şahbazova yüngül həyat tərzi keçirən qadın idi. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi də ünvanlanmışdı. Polis onların evini nəzarətə götürmüşdü. Amma, buna baxmayaraq, Arzu fürsət tapan kimi arvadını öldürüb”.

Ağstafada qətl hadisəsi baş verib. Qırılı kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı bıçaqlayaraq qətlə yetirib. Arzu Namazov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az