Bakının mərkəzindəki işıqforda ağır qəza

Bakının mərkəzində ağır yol qəzası baş verib.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli və Rixard Zorge küçələrinin kəsişməsində 1991-ci il təvəllüdlü İbrahimov İlkin Vahid oğlunun idarə etdiyi "Audi" markalı, 10 FC 010 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1986-cı ildə anadan olmuş Quliyev Əbülfəz Nurəddin oğlunun sürdüyü 90 UG 017 nömrə nişanlı “Hyundai” toqquşub. Nəticədə Ə.Quliyevin avtomobilində olan həyat yoldaşı, 1991-ci il təvəllüdlü Quliyeva Suada Rövşən qızı, 1971-ci il təvəllüdlü Həsənova Venera Fərhad qızı və 1997-ci il təvəllüdlü Qafarova Səbinə Siyavuş qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar qəzanın baş verdiyi yerin yaxınlığındakı “Mediclub” xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.