Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən dəyişkən buludu olacaq, əsasən yağmursuz keçəcək Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən dəyişkən buludu olacaq, əsasən yağmursuz keçəcək

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən dəyişkən buludu olacaq, əsasən yağmursuz keçəcək



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, axşama doğru buludluğunun artacağı, gecəyə doğru yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 13-18, bəzi yerlərdə 22 dərəcəyədək isti olacaq.

Sabah respublikanın bölgələrində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşama doğru bəzi yerlərdə yağıntı düşəcəyi proqnozlaşdırılır. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 4-9 isti, gündüz 10-15 , bəzi yerlərdə 18 dərəcəyədək isti olacaq.

AzNews.az