Havanın temperaturu 17 dərəcəyə çatacaq Havanın temperaturu 17 dərəcəyə çatacaq

Hava buludlu və yağmursuz olacaq

Havanın temperaturu 17 dərəcəyə çatacaq




Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

AzNews.az