Bu gün Şəki rayonunda qətl hadisəsi törədilib Bu gün Şəki rayonunda qətl hadisəsi törədilib

80 yaşlı kişi gəlinini güllələdi

Bu gün Şəki rayonunda qətl hadisəsi törədilib



Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Baş Göynük kənd sakini 1933-cü il təvəllüdlü İsmayılov Hüseynəli Abdulla oğlu öz gəlini İsmayılova Azadə Məmməd qızını güllələyib. Döş qəfəsindən ağır xəsarətlər almış qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi hələlik bilinmir. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az