Ədliyyə orqanlarında qulluğa qəbul olunan daha 14 nəfər Penitensiar xidmətdə kiçik rəis heyətinə vəzifələrə təyin olunublar Ədliyyə orqanlarında qulluğa qəbul olunan daha 14 nəfər Penitensiar xidmətdə kiçik rəis heyətinə vəzifələrə təyin olunublar

Penitensiar xidmətdə yeni təyinatlar

Ədliyyə orqanlarında qulluğa qəbul olunan daha 14 nəfər Penitensiar xidmətdə kiçik rəis heyətinə vəzifələrə təyin olunublar



Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 14 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətinə vəzifələrə təyin olunublar.

Ədliyyə nazirinin müavini Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev ümummilli lider Heydər Əliyevin doğum günündə qulluğa qəbul olunmuş gənc əməkdaşları təbrik edib, onlara ədliyyə orqanlarında qulluq keçərkən uğurlar arzulayıb.

Gənc əməkdaşlar Penitensiar xidmətin tarix muzeyinə baxış keçiriblər. Muzeyin Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə, eləcə də xidmətin fəaliyyətinə aid olan eksponatlarla tanış olublar.

AzNews.az