5 nəfərin başından yaralandığı bildirilir 5 nəfərin başından yaralandığı bildirilir

Bakıda qarğalar sakinlərə hücum etdi - İNANILMAZ

5 nəfərin başından yaralandığı bildirilir



Sabunçu rayonunda qarğalar insanlara hücum edib. Rayonun Bakıxanov qəsəbəsi Mehdi Ələkbərov küçəsi 34 ünvanında yaşayan sakinlərin Aznews.az-a verdiyi məlumata görə, bu hücum nəticəsində 5 nəfər başından yaralanıb.

Sakinlərin sözlərinə görə, qarğaların qəzəbinə səbəb onlardan birinin öldürülməsidir.

Hadisənin necə baş verməsini özündə əks etdirən videonu əldə etməyə çalışırıq.

Ruhiyyə
Aznews.az