Bir gecədə 4 maşın yandı

Dünən paytaxt Bakı və bölgələrdə 4 maşın yanıb. Oğuz rayonunda "Chevrolet Niva" markalı minik avtomobilin akkumulyator hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Kürdəmir rayonu Aran qəsəbəsində vətəndaşa məxsus "Москвич" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilinin müharrik hissəsi yanıb.

Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Masallı şəhərində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun salonu yanıb.

Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə
AzNews.az