BDU-da himnimizə sayğısızlıq - VİDEO

Məlum olduğu kimi iyunun 28-də Bakı Dövlət Universitetində təmtəraqlı "Məzun günü" keçirilib. Tədbirdə ölkənin tanınan ictimai xadimləri, millət vəkilləri, jurnalistlər, eləcə də sənət adamları iştirak edib.

"Məzun günü" ilə bağlı "Youtube"də yerləşdirilən bir materialda isə bir sıra xoşa gəlməz anlar əks olunub. Əsas diqqət çəkən məqam məzunların və onların yaxınlarının çıxışçılara qulaq asmamaları, hətta himnimizə belə sayğısız yanaşmalarıdır.

Belə ki, dövlət himni səslənərkən əksər tələbələr buna etinasız yanaşıblar. Bəziləri isə ümumiyyətlə, oturduqları yerdən tərpənməyiblər.



Elvin CanTuran
AzNews.az
image description image description image description