- Köhnə - Hadisə
- 6 İyul 2013 20:40
- 2 158
Azərbaycanda iki ev yandı
AzNews.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Nəsimi rayonunda 2 mərtəbli yaşayış binasının zirzəmisində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan 2 otaqlı mənzildə baş verib. Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Mənzillər yanğından mühafizə olunub.
Ağsu rayonu, Kalağaylı kəndində isə (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan 1 mərtəbəli 1 otaqlı evin yanar konstriksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı talvar yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az