Qanunsuz fəaliyyət göstərən klub aşkarlandı - Bakıda

Bakıda qanunsuz fəaliyyət göstərən futbol mərc oyunları klubu aşkarlanıb.

AzNews.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Cavadxan küçəsi ev 17-nin zirzəmisində Zərdab rayon sakini Zaur Qurbanovun futbol mərc oyunları klubu təşkil etməsi müəyyən edilib.

Kluba baxış zamanı 150 manat pul, 2 ədəd noutbuk, 2 ədəd datakart, 2 ədəd televizor, üzərində "ödənilib" sözü yazılmış 1 ədəd ştamp, 8 ədəd reklam, 7 vərəqdə futbol proqramı və 1203 manat dəyərində kuponlar aşkar edilərək götürülüb.

AzNews.az