Liftin şaxtasına yıxılan azyaşlı uşaq sağ qaldı

Bakıda liftin şaxtasına yıxılan azyaşlı uşaq sağ qalıb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 20-də qeydə alınıb.

Rayon sakini Aysel Məhərrəmovanın evinə qonaq gələn bacısı oğlu, İmişli rayon sakini, azyaşlı Osman Abbasov binanın 4-cü mərtəbəsindən liftin şaxtasına yıxılıb. O.Abbasov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az