Sabirabadda avtoqəza; ölən var

Sabirabadda baş verən yol qəzası nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Sabirabad rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, avqustun 13-də axşam saatlarında Sabirabad-Qaragüney yolunun 3-cü kilometrliyində rayonun Məmişlər kəndində ərazisində Sabirabad sakini Həsənov Əbülfət Ramiz oğlunun idarə etdiyi "VAZ-2106" markalı 10 HA 253 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişin Soltanova Əzizə Rəzi qızı xəstəxanaya aparılarkən yolda ölüb. Digər sərnişinlər - Həsənova Əqidə Rəzi qızı, Heydərova Zərifə Rəzi qızı, Məhərrəmova Gövhər Mahmud qızı və sürücü müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az