Bakı-Sumqayıt şosesində ağır qəza: Bakıya giriş bağlandı - FOTO

Dünən gecə saatlarında Bakı-Sumqayıt magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, avtovağzal yaxınlığında baş verən qəzaya "Renault" markalı avtomobil səbəb olub. Belə ki, sürətlə hərəkət edən maşın meyvə dolu "Qaz-EL"-ə çırpılıb. Hadisə nəticəsində "Renault" tamamilə yararsız hala düşüb, avtomobilin ban hissəsi yük maşının altında qalıb. Amma möcüzə nəticəsində ölən olmayıb, sürücü və sərnişin yüngül xəsarət alıb.

"Qaz-l"in daşıdığı meyvə şoseyə dağılıb, bundan başqa yol iki saata qədər bağlı qalıb.

Ruhiyyə
AzNews.az

image description image description image description image description image description image description image description image description