Qusardakı yaralı polislərlə bağlı- Rəsmi məlumat

Ötən gün Qusar rayonunda baş verən silahlı insident zamanı güllə yarası alan polis əməkdaşlarının vəziyyəti ağır-stabildir.

Bu barədə APA-ya Qusar Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib. Əməliyyat olunan Mövlud Əliyev və Cəmil Nəsirovun həyatları üçün təhlükə aradan qaldırılıb. Ayağından güllə yarası alan Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə ilkin tibbi yardımdan sonra isə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyi Qusar rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.


AzNews.az