“Mercedes”lə toqquşan “QAZel” mağazaya girdi

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.


APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 7-də saat 21.30 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb.

Masallı rayonunun Binə Xocavar kənd sakini, 1989-cı il il təvəllüdlü Cavid Lazım oğlu Balakişiyevin idarə etdiyi "QAZel" markalı, 10 TC 562 dövlət nömrə nişanlı avtomaşın Lənkəran rayonu Şağlaser kənd sakini, 1989-cu il təvəllüdlü Aqşin Ənnağı oğlu İbrahimovun idarə etdiyi "Mercedes" markalı, 10 OV 242 dövlət nömrə nişanlı avtomobillə toqquşub. "QAZel" daha sonra yolun kənarı ilə gedən piyada, Şağlaser kənd sakini, 1995-ci il təvəllüdlü Səbuhi Ziyad oğlu Talıbovu vuraraq yaxınlıqdakı ət dükanına çırpılıb. Piyada Səbuhi Talıbov xəstəxanaya çatdırılıb, ona müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Qəza zamanı hər iki avtomaşınla yanaşı, ət dükanına da ciddi ziyan dəyib.

Yol polisinin əməkdaşları hadisə yerinə gələrək, qəza yerini müayinə ediblər. Qəzanın dəqiq səbəbləri isə avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az