Sərnişin avtobusu qəzaya düşdü: Yenilənib- FOTO

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub.

APA-nın verdiyi xəbərə görə, 90 NF 529 dövlət nömrə nişanlı 104 saylı marşrutla hərəkət edən avtobus Suraxanı rayonu ərazisində 10 AL 262 dövlət nömrə nişanlı "QAZ-53" markalı yük maşını ilə toqquşub.

Nəticədə yük maşını yolun kənarında neft mədəninin ərazisinə düşüb.

Sürücü zərbədən sükan arxasında sıxışıb qalıb. Onu sərnişinlər xilas ediblər. Sürücü xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, avtobusun sürücüsü Həsənov Mövsüm Ağahüseyn oğludur. Qəza nəticəsində onun hər iki ayağı sınıb.

Faktı bağlı Suraxanı RPİ-də araşdırma aparılır.

3 saylı Şəhər Kilinik Xəstəxanasından APA-ya verilən məlumata görə, avtobusla yük maşınının toqquşması nəticəsində 6 nəfər yaralanıb. Bunlar avtobusun sürücüsü, 63 yaşlı Mövsüm Həsənov və avtobusda olan sərnişinlər - 39 yaşlı Fikrət Tağıyev, 63 yaşlı Natəvan Əsədova, 34 yaşlı Sakit Qasımov, 47 yaşlı Xatirə Rüstəmova, 48 yaşlı İslam Teymurovdur.

Xəsarət alanların hamısı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.


***
09:00
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub. APA-nın verdiyi xəbərə görə, 90 NF 529 dövlət nömrə nişanlı 104 saylı marşrutla hәrәkәt edәn avtobus Suraxanı rayonu әrazisindә 10 AL 262 dövlət nömrə nişanlı "QAZ-53" markalı yük maşını ilə toqquşub.

Nəticədə yük maşını yolun kәnarında neft mәdәninin әrazisinә düşüb.

Qəza zamanı avtobusda olan sәrnişinlәrdən xəsarət alan olmayıb. Lakin sürücü zərbədən sükan arxasında sıxışıb qalıb. Onu sәrnişinlәr xilas ediblər. Sürücü xәstәxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, avtobusun sürücüsü Həsənov Mövsüm Ağahüseyn oğludur. Qəza nəticəsində onun hər iki ayağı sınıb.

Faktı bağlı Suraxanı RPİ-də araşdırma aparılır.

AzNews.az