Meteohəssas insanlara xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, yaxın iki gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdləri meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava əsasən, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 12 -15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 19-da hava əsasən, yağmursuz, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 13-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var.

AzNews.az