- Köhnə - Hadisə
- 27 Noyabr 2013 12:08
- 7 285
Nazirlikdən tərxis olunan polkovnikə yeni vəzifə

AzNews.az-ın xəbərinə görə, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, yeni müdafiə nazirinin apardığı kadr dəyişiklikləri nəticəsində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarından tərxis olunan polkovnik Faiq Məmmədov artıq Dövlət Sərhəd Xidmətində xidmətə cəlb olunub. O Sərhəd Qoşunlarının Aviasiya qrupunda xidmətini davam etdirir.
Xatırladaq ki, polkovnik Faiq Məmmədovun Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) qoşunlarında xidmətdən çıxması ilə bağlı ilk xəbəri AzNews.az Xəbər Portalı yayıb.
Qeyd edək ki, Faiq Məmmədov uzun müddət HHQ və HHM qoşunlarının Bakı yaxınlığındakı hərbi hissələrindən birinin komandiri olub. Sabiq komandan, general-leytenant Rail Rzayevin ən yaxın adamlarından biri kimi tanınıb.
AzNews.az