- İşin içi
- 14:40
- 1 265
Ötən ay Azərbaycanda istehsal olunmuş karbamidin həcmi açıqlanıb
Bu ilin yanvar ayında Azərbaycanda 42,9 min ton həcmində karbamid istehsal olunub.
Aznews.az xəbər verir ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 29,9 % azdır.
Bu ilin fevralın 1-nə 43 min ton hazır məhsul qalığı yaranıb.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.