- Köhnə - Hadisə
- 30 Noyabr 2013 11:19
- 3 503
Barın damına vertolyot düşdü – ŞOK
Hadisədən sonra əraziyə çox sayda xilasetmə və təcili yardım qrupu göndərilib.
Hadisə baş verən zaman barda 100-ə yaxın müştərinin olduğu bildirilir.
"Deyli meyl" qəzeti qəzada artıq altı nəfərin həlak olduğu haqqında xəbər yayıb. Ölü sayının artacağı istisna edilmir. Qəza ilə bağlı nazir Alex Salmond vətəndaşları gələ biləcək ölüm xəbərlərinə hazırlıqlı olmağa çağırıb.
Hadisə şahidləri hələ də barda çoxlu insanın olduğunu və oradan çıxa bilmədiyini bildirib.
Elman
AzNews.az