Xızıda evdə yanğın olub

Xızıda yanğın hadisəsi qeydə alınıb.
AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Xızı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin 1 otağının tavanı 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az