Təcili tibbi yardım maşını yolda qaldı

Bakıda təcili tibbi yardım maşını yolda qalıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Qaradağ rayonunda Təcili Tibbi Yardım Stansiyasının xidməti avtomobili hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə avtomobili təhlükəsiz əraziyə çıxarıb və avtomobil yolunun həmin hissəsini qardan təmizləyiblər.

AzNews.az